Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov öz doğum günündə nümunəvi addım ataraq şəhid ailəsinin və Vətən müharibəsi iştirakçısının evində olub
Görüş zamanı şəhid Şahin Soltanovun ailəsi və Vətən müharibəsi iştirakçısı Coşqun Zeynalov ilə səmimi söhbət aparılıb, onların qayğı və problemləri ilə yaxından maraqlanılıb. Dövlət tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının davamlı və sistemli xarakter daşıdığı xüsusi vurğulanıb.
Rafiq Cəlilov qeyd edib ki, şəhidlərimizin ailələri, qazilərimiz və müharibə iştirakçıları hər zaman dövlətin və cəmiyyətin xüsusi diqqət mərkəzindədir. Onların sosial rifahının yaxşılaşdırılması, problemlərinin operativ şəkildə həlli dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.
Şəhid ailəsi və müharibə iştirakçısı onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Bu cür görüşlər şəhidlərin əziz xatirəsinə dərin ehtiramın, eləcə də Vətən müharibəsində iştirak edən qəhrəmanlarımıza olan yüksək hörmət və ehtiyacların daim diqqətdə saxlanılmasının bariz nümunəsidir.






