Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov şəhid ailələrini ziyarət etmişdir

27 fevral 2024 | 18:29

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon Şöbəsinin rəisi Arif Həsənov şəhid ailələrini ziyarət etmişlər. Görüşdə rayon rəhbəri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Cəlilabadda da daim əziz tutulur.

Rayon rəhbəri şəhid ailələrinin qayğı və problemlərin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış, mövcud problemlər müzakirə olunmuşdur. Eyni zamanda şəhid ailələri qəhrəman şəhid övladları ilə bağlı xatirələrini qonaqlarla bölüşmüşlər. 

Şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan Ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər