Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov son yarışlarda yüksək nailiyyət qazanmış şahmatçıları qəbul edib

06 mart 2023 | 18:38
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov son yarışlarda yüksək nailiyyət qazanmış şahmatçıları qəbul edib. 06 mart 2023-cü il tarixdə keçirilən görüşdə Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Hüseynov, Lənkəran-Astara Regional Təhsil İdarəsi Cəlilabad sektoru UGİŞM-nin direktoru Abbas Zülfüqarov, məşqçi-müəllim Anar Bağışov və şahmatçılar (Nihad Eynullayev, Mirəli Salmanlı, Rauf Bağışlı, Səməd Bədəlov) iştirak ediblər. Görüşdə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı yeniyetmə şahmatçıları əldə etdikləri qələbələr münasibətilə təbrik etmiş, gələcək yarışlarda uğurlar arzulayıb. Natiq görüş zamanı bildirib ki, bu gün dövlət başçısının idman sahəsinə göstərdiyi diqqət və qayğını idmançılarımızın əldə etdiyi uğurların timsalında görə bilərik. Bu yaşda uğur qazanan idmançılarımızın əldə etdiyi qələbə hamını çox sevindirib. Səmimi keçən görüşdə idmançılar əldə etdikləri uğurlardan danışıblar. Məlumat üçün bildirək ki, Ağcabədi rayonunda Xocalı soyqırımının 31-ci ildönümünə həsr edilən respublika turnirində Nihad Eynullayev 14 yaşlılar arasında A qrupunda l yerə layiq görülüb.
Keçidlər