Şriftin ölçüsü :

Saytın rəngi :

CƏLİLABAD RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI RAFİQ CƏLİLOVUN 31 DEKABR - DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ VƏ YENİ İL BAYRAMI MÜNASİBƏTİLƏ TƏBRİKİ

30 dekabr 2024 | 12:11

Əziz Cəlilabad rayon sakinləri !

Qarşıdan “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni 2025-ci təqvim ili gəlir.

Dünya azərbaycanlıların birliyi, soydaşlarımızın həmrəyliyi ideyası Ulu Öndər Heydər Əliyevin Vətənimiz və xalqımız qarşısında göstərdiyi çoxsaylı tarixi xidmətlərindən biridir. 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” elan olunmuşdur. Mənəvi birliyimizin rəmzinə çevrilmiş bu bayram soydaşlarımızın qəlbindəki vətən sevgisi və milli təəssübkeşlik duyğularını təcəssüm etdirir.

Geridə qoyduğumuz 2024-cü il uğurlu il kimi yadda qaldı. Tarixi Zəfərimizin dördüncü ilini qeyd etdik. Bu ili hamılıqla ərazi bütünlüyünü təmin etmiş Azərbaycanın vətəndaşı kimi qarşılayırıq. Özündə böyük məsuliyyət, qürur, zəhmət meyarlarını ehtiva edən hər birimiz 2025-ci ildə dövlətimizin müdafiəsində möhkəm dayanmalı, xalqımıza xidmətdə daha fədakar olmalıyıq. Şəhidlərimizin qanı və canı bahasına əldə olunan Azərbaycanın əbədi və möhkəm olması naminə həm arxa, həm də ön cəbhədə bir əsgər olmalı, Ulu Öndər Heydər Əliyev ideyalarını reallaşdıran, Azərbaycanı uğurlu gələcəyə aparan, qələbəmizin memarı, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycan dövlətinin müstəqilliyini qorumalıyıq.

Hər birinizi  “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni 2025-ci təqvim ili münasibəti ilə səmimi qəlbdən təbrik edir, ailənizə sevinc, xoşbəxtlik, firavanlıq diləyirəm. Arzu edirəm ki, əvvəlki illərdə olduğu kimi 2025-ci ildə də dövlətimiz möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında xalqımızın rifahı, xoşbəxt gələcəyi naminə yeni-yeni uğurlara imza atsın.

Hörmətlə,           

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov

Keçidlər