Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti vətəndaş qəbulu keçirilmişdir
24 oktyabr 2025 | 12:50
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hər həftə olduğu kimi rayon icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirmişdir.
Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıqlar verilmişdir.






