Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş qəbulu keçirilib
07 noyabr 2025 | 12:37
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov hər həftə olduğu kimi rayon icra hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.
Qəbulda aparatın əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak etmişdir.
Qəbul zamanı rayon rəhbəri tərəfindən vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunmuş, icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilmiş, digər məsələlər ilə bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıqlar verilmişdir.






