Cəlilabad Rayon İcra Hakimiyyətinin şöbə müdiri medalla təltif olundu
21 iyun 2025 | 12:48
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əmirov Elvin İlham oğlu Azərbaycan Respublikasının Prezidenti tərəfindən medalla təltif olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 21 iyun 2025-ci il tarixli Dövlət qulluqçularının təltif edilməsi haqqında müvafiq Sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əmirov Elvin İlham oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.






