Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

17 oktyabr 2025 | 12:39

Cəlilabad şəhəri Heydər Əliyev Mərkəzində 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçsı Rafiq Cəlilov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər. Daha sonra Heydər Əliyev Mərkəzində dövlət himni səsləndirilmiş və müstəqillik günündən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək tədbir iştirakçılarını Müstəqilliyin bərpası günü münasibətilə təbrik edərək, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlər barədə danışaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq və parçalanmaqdan xilas olan Azərbaycan məhz cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib. Bunun nəticəsi olaraq İlham Əliyevin rəhbərliyi altında dövlətimizin suverenliyi tam bərpa olunub. Bu gün müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik.

Tədbirdə çıxış edənlər Dövlət Müstəqilliyinin bərpa edilməsini mühüm tarixi hadisə kimi qiymətləndirmiş, Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizin möhkəmləndirilməsində və ölkəmizin dünyaya tanıdılmasındakı əvəzsiz xidmətlərini vurğulamış, Prezident cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Respublikamızın dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildiyini diqqətə çatdırmışlar.

 

Keçidlər