Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda 23 İyun-Dövlət qulluqçularının peşə bayramı günü qeyd edilib

23 iyun 2026 | 12:26

Cəlilabad rayonunda Dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparat əməkdaşları, hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidənin önünə tər gül dəstələri qoyaraq öz hörmət və ehtiramlarını ifadə ediblər.

Tədbir Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında davam etdirilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov tədbiri giriş nitqi ilə açaraq Respublikamızın Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamı ilə 23 iyun- Azərbaycan Respublikasının dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunduğunu bildirmiş və əlavə etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illər ərzində, xüsusən ölkənin yeni Konstitusiyasının qəbul edildiyi 1995-ci ildən sonrakı müddətdə dövlət idarəçiliyinin və dövlət qulluğunun təkmilləşməsi ilə bağlı ardıcıl surətdə silsilə xarakterli islahatlar həyata keçirilmiş, inzibati sistemin tənzimlənməsinə dair xeyli sayda müvafiq qanun və fərmanlar qəbul edilmiş və bunun nəticəsi olaraq ölkədə dövlət qulluğunun möhkəm normativ hüquqi bazası yaradılmışdır.

Rafiq Cəlilov dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik edib, onlara işlərinin peşəkarı olmağı və öz peşələrinə daim məsuliyyətlə yanaşmalarını tövsiyə edib.

Tədbirin sonunda bir qrup dövlət qulluqçularına rayon icra hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər