Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda abadlaşdırma və yolların asfaltlanması işlərinin satınalınması üzrə tender elan edilmişdir

25 iyul 2022 | 12:05

Cəlilabad rayonunda dövlət büdcəsindən ayrılan vəsait hesabına rayonda abadlıq və asfalt işlərinin həyata keçirilməsi üçün açıq tender elan edilmişdir. “Dövlət satınalması haqqında” Qanuna uyğun olaraq açıq tender Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən yaradılmış dövlət satınalmalarının vahid internet portalı üzərindən həyata keçirilir.

Abadlaşma və asfaltlaşma işləri Cəlilabad və Göytəpə şəhərlərində həyata keçiriləcəkdir.

Cəlilabad şəhərində asfaltlaşma işləri Səttarxan küçəsində 1800 metr, Heydər Hüseynov küçəsində 1090 metr və  M.Hadi  küçəsində 1350 metr həcimdə nəzərdə tutulmuşdur. Abadlaşdırma işləri isə Cavadxan küçəsində 1200 metr, İ.Şıxlı küçəsində 464 metr, Qarabağ küçəsi 454 metr, Z.Əliyeva küçəsi 716  metr və Heydər Əliyev prospekti  1400  metr  görüləcəkdir. Uzuntəpə yolu (Heydər Əliyev  prospekti)  üzrə 12000  metr məsafədə işıqlandırma kabellərinin yenilənməsi və təmiri işləri həyata keçiriləcəkdir. 

Göytəpə şəhərində asfaltlaşma işləri  C.Rumi küçəsində 310 metr, V.Abdullayev küçəsində 320 metr, Ə.Hüseynov küçəsində 270 metr  və Babək küçəsində 379 metr nəzərdə tutulmuşdur. Abadlaşdırma işləri isə O.Eynullayev  küçəsi – 820  metr və Qurtuluş küçəsi - 210  metr keçiriləcəkdir.

İlk dəfə olaraq Cəlilabadda Zərifə Əliyeva küçəsində yerləşən 12, 14, 16, 18, 20 və 22 saylı binaların həyətində 2500 m2 sahədə “Abad həyət” parkının salınması nəzərdə tutulmuşdur. Eyni zamanda Cəlilabad şəhərində M.Hüseynzadə küçəsində yerləşən 8, 9 və Zərifə Əliyeva küçəsində yerləşən 8, 18 saylı binaların fasad hissəsində və pilləkən qəfəsində də təmir işləri həyata keçiriləcəkdir.

Keçidlər