Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda ağacəkmə aksiyası keçirilib

03 mart 2023 | 14:47
02 mart 2023-cü il tarixdə Cəlilabad rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə, "Heydər Əliyev ili" çərçivəsində Cəlilabad Olimpiya İdman kompleksinin həyətində ağacəkmə aksiyası keçirilib. Aksiyada rayon Gənclər və İdman idarəsinin əməkdaşları, UGİM-nin məşqçi-müəllimləri və Cəlilabad OİK-nin əməkdaşları tərəfindən 100 ağac əkilib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Nəticədə ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ətraf mühitin mühafizəsi işində ictimai nəzarətin gücləndirilməsi və yaşıllıqların qorunması milli inkişaf strategiyasının prioritet sahələrindən birinə çevrilib.
Keçidlər