Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Aqrar Sığorta Fondu sisteminin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı müşavirə keçirilmşdir

05 oktyabr 2022 | 19:11

Cəlilabadda keçirilən təbirdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər. 

Payızlıq əkin mövsümünün başlanması ilə əlaqədar yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub.

Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov rayonda kənd təsərrüfatı işlərinin gedişi, ənənəvi sahələrdən olan taxılçılıq, faraş tərəvəzçilik, kartofçuluq, üzümçülüyün inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, rayonda aqrar shənin inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən əsas və vacib amildir. Bu səbəbdən də bütün fermerlərin öz gəlirlərini qorumaq məqsədilə aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir və bunun üçün də hər bir imkan yaradılıb.

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, fondun fəaliyyət göstərdiyi qısa müddət ərzində aqrar sığorta sistemi ölkənin bütün bölgələrinə genişlənərək istehsal həcminin təxminən 95%-ini əhatə etmək imkanına malik olmuşdur. Kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər.

DAİM rəhbəri çıxışında qeyd edib ki, ölkənin regionlarında aqrar sığortanın tətbiqinə başlanılmasından bu günə kimi bu sahədə mühüm uğurlar qazanılıb. Aqrar sığortanın əhatə dairəsinin genişlənməsi bu sırada xüsusi yer tutur. Bununla yanaşı aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı da genişləndirilib Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı şəkildə qorunub.

Toplantıda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Bölgələrdə aqrar sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib.

Tədbirin davamı olaraq Cəlilabadda fəaliyyət göstərən müasir fermer təsərrüfatları ilə tanışlıq olub.

Keçidlər