Cəlilabad rayonunda arxeoloji qazıntı işləri aparılır
17 avqust 2022 | 11:17
Cəlilabad rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində qazıntı işləri aparılır.
Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub. Nümayəndə heyəti ilə görüşüən RİH başçısı, qazıntı ilə bağlı arxeoloqların təəssüratlarını öyrənib. Rayon rəhbərinə bildirilib ki, qazıntılar zamanı xeyli sayda tapıntıların əldə edilməsi nəzərdə tutulub.