Cəlilabad rayonunda asfaltlaşma işləri barədə məlumat
Cəlilabad Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən “Azəravtoyol” Dövlət Şirkəti tərəfindən Cəlilabad şəhərində Həzi Aslanov küçəsi 2060 metr, V.Niftullayev küçəsi 170 metr, Əhməd Abdullayev (keçmiş Füzuli) küçəsi 1000 metr, M.Ə.Sabir küçəsi 1000 metr, Ş.İ.Xətai küçəsi Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr, Təbriz küçəsi Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr, Şıxəli Qurbanov küçəsi 1250 metr, M.F.Axundov küçəsi Heydər Əliyev prospektinin şimal hissəsi 1000 metr, Mehdi Hüseynzadə küçəsi, 9 nömrəli məktəbə gedən yol axıra kimi 910 metr, Ağasadiq Gəraybəyli küçəsi 380 metr, M.F.Axundov küçəsi 230 metr, M.F.Axundov küçəsində yerləşən Qəbristanlığın həyəti 230 metr, Avtovağzalın həyəti 666 metr, Heydər Əliyev prospekti 1910 metr, Qazan köşkü (MirMəhəmməd ağanın ziyarətgahı) küçəsi 400 metr, N.Nərimanov küçəsi 718 metr və Habil Məmmədov küçəsi 693 metr məsafədə asfaltlanma işləri tamamlanmışdır. Şəhərin Fərid Əhmədov küçəsi 685 metr, Nizami küçəsi 678 metr, Mirnağı Şərifov (keçmiş Q.İsmayılov) küçəsi 674 metr və 28 May küçəsi 670 metr məsafədə isə asfaltbərkitmə işləri aparılmış və yaxın vaxtlarda asfalt vurulması işləri başlanılacaqdır.
Göytəpə şəhərində M.Müşfiq və V.Mürsəlov küçələrində 1650 metr, C.Cabbarlı küçəsi 300 metr və Vüsal Cəfərov (keçmiş Pişəvəri) küçəsi 1800 metr məsafədə asfalt vurulmuşdur.
Komanlı kəndinin ərazisində Komanlı-Bəcirəvan yolu 1500 metr və Komanlı- Həziabad yolu 1550 metr məsafədə asfaltlama işləri aparılmışdır. Privolnoye kəndində şəhid ailəsinin yaşadığı küçənin 500 metr məsafənin asfaltlanması həyata keçirilmişdir. Hamarqışlaq kəndində qəbristanlıq və məktəbə gedən yolun 1024 metr məsafənin asfaltlanması aparılmışdır. Cəlilabad şəhərində ümumi uzunluğu 36,2 km olan Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Boyxanlı-Məlikqasımlı,Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarından 13,5 km hissəsinin (Təklə-Abazallı, Məmmədrzalı və Şiləvəngə-Adnalı-Bədirli avtomobil yollarının) tikintisi başa çatdırılmışdır. Qalan 22,7 km yolun tikintisi ilə bağlı qum, çınqıl və daş materiallarının döşənməsi işləri aparılır.