Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədovun iştirakı ilə sahibkarların görüşü keçirilmişdir

26 iyul 2022 | 09:11

Görüş 26 iyul 2022-ci il tarixdə Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində keçirilmişdir.Görüşdə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri  Orxan Məmmədov, rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov,  Azərbaycan Respublikası Milli Məclisinin deputatı  Elman Nəsirov, rayon icra hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nazim Şükürov və  sahibkarlar  iştirak etmişdir.

Görüşü rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov giriş sözü ilə açaraq dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini xüsusi qeyd etmişdir. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Ölkədə sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə dövlətlə sahibkarlar arasında tərəfdaşlığın institusional təşkili həyata keçirilmişdir. Bu baxımdan yaradılmış mexanizmlərdən  Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi dövlət-sahibkar münasibətlərinin sivil müstəvidə inkişafında əhəmiyyətli rol oynaması ilə bağlı məlumat vermişdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov görüş zamanı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət istiqamətləri və sahibkarlar üçün münbit şəraitin yaradılması istiqamətində əllərindən gələn dəstəyin göstərilməsi üçün daim çalışdıqlarını bildirərək, Cəlilabad rayonunda da sahibkarlara onların hər bir çətinliklərin öhdəsindən gəlmək üçün kömək göstərməyinə hazır olduqlarını bildirmişdir.

Görüşün sonunda sahibkarlarla birlikdə müzakirələr aparılmış və sahibkarlar qarşılaşdıqları çətinlikləri səsləndirmişdirlər. Hər bir məsələnin həlli üzrə Orxan Məmmədov tərəfindən heyətə yerindəcə tapşırıqlar verildi.

Keçidlər