Cəlilabad rayonunda bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin təşviqi barədə görüş keçirilmişdir
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.8.7-ci (bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadənin olunması) istiqamətində təşviqat işlərinin aparılması barədə Cəlilabad rayonunun Muğan kəndində maarifləndirici görüş keçirilib. Keçirilən görüşdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Yasər Muradov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elxan Xudaşlı, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Zaur İsazadə, Muğan kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rövşən Həsənov, Muğan bələdiyyəsinin sədri Vasif Həsənov və fermerlər iştirak etmişdir.
Görüşü giriş sözü ilə açıq elan edən Yasər Muradov çıxış edərək bitki sağlamlığının təmin olunması, standartlara cavab verən yüksək keyfiyyətli qida məhsullarının istehsalı, bitki örtüyünün qorunması və inkişafı üçün istifadə olunan bitki mühafizə vasitələri, pestisid və bioloji preparatların saxlanılması və istifadəsi ilə bağlı qaydalara əməl olunmasından və təsərrüfatlarda tətbiq olunan mütərəqqi texnologiyaların və aqrotexniki qaydalardan istifadəsinin həyata keçirilməsindən söz açıb.
Tədbirdə çıxış edən aidiyyəti qurumların əməkdaşları tərəfindən bu sahədə qəbul olunmuş qanunun müddəaları bərədə geniş və ətraflı məlumat verilib. Bitki mühafizəsi vasitələrindən və aqrokimyəvi maddələrdən normativlərə uyğun istifadə ilə bağlı maarifləndirici çıxışlar olunub. Görüş zamanı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və ümumi müzakirələr aparılmışdır.