Cəlilabad rayonunda dövlət vəsaiti hesabına keçirləcək TENDERLƏR barədə
Cəlilabad rayonunda dövlət büdcəsindən ayrılan vəsait hesabına rayonda abadlıq və asfalt işlərinin həyata keçirilməsi üçün açıq tender elan edilmişdir. Abadlaşma və asfaltlaşma işləri Cəlilabad və Göytəpə şəhərlərində həyata keçiriləcəkdir.
Cəlilabad şəhərində asfaltlaşma işləri üçün dövlət büdcəsindən tender keçirilməklə 430,0 min manat vəsait ayrılmışdır. Belə ki, Cəlilabad rayonunun Səttarxan küçəsində 1800 metr, Heydər Hüseynov küçəsində 1090 metr və M.Hadi küçəsində 1350 metr həcimdə nəzərdə tutulmuşdur. Abadlaşdırma məqsədi ilə ayrılmış 430,0 min manat vəsait Cavadxan küçəsində 1200 metr, İ.Şıxlı küçəsində 464 metr, Qarabağ küçəsi 454 metr, Z.Əliyeva küçəsi 716 metr və Heydər Əliyev prospektində 1400 metr ərazinin abadlaşdırılmasına və Uzuntəpə yolu (Heydər Əliyev prospekti) üzrə 12000 metr məsafədə işıqlandırma kabellərinin yenilənməsi və təmiri işlərinə nəzərdə tutulmuşdur. Eyni zamanda Cəlilabad şəhərində M.Hüseynzadə küçəsində yerləşən 8, 9 və Zərifə Əliyeva küçəsində yerləşən 8, 18 saylı binaların fasad hissəsində və pilləkən qəfəsində də təmir işləri həyata keçiriləcəkdir ki, bu işlərə də dövlət büdcəsindən tender keçirməklə 70,0 min manat vəsait ayrılmışdır.
Göytəpə şəhərində asfaltlaşma işləri üçün ayrılmış 120,0 min manat vəsait tender keçirməklə C.Rumi küçəsində 310 metr, V.Abdullayev küçəsində 320 metr, Ə.Hüseynov küçəsində 270 metr və Babək küçəsində 379 metr yolun asfaltlaşmasına nəzərdə tutulmuşdur. Göytəpə şəhərində abadlaşdırma işləri üçün ayrılmış 70,0 min manat vəsait O.Eynullayev küçəsi – 820 metr və Qurtuluş küçəsi - 210 metr ərazinin abadlaşdırılmasına nəzərdə tutulmuşdur.
İlk dəfə olaraq Cəlilabad rayonunda büdcədənkənar gəlirlər hesabına ayrılmış 166,1 min manat vəsait tender keçirildikdən sonra Zərifə Əliyeva küçəsində yerləşən 12, 14, 16, 18, 20 və 22 saylı binaların həyətində 2500 m2 sahədə “Abad həyət” parkının salınması üçün nəzərdə tutulmuşdur.