Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda əhali arasında qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

08 sentyabr 2026 | 14:36

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən əhali arasında qida məhsullarının konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Cəlilabad rayonu üzrə Gənclər və İdman sektorunun iştirakı ilə təşkil olunub.

Maarifləndirmə zamanı sakinlərə qida məhsullarının konservləşdirilməsi prosesində sanitariya-gigiyena tələblərinə ciddi əməl edilməsinin, məhsulların hazırlanması və qablaşdırılması zamanı təmizliyə riayət olunmasının, konservləşdirilmiş məhsulların müvafiq şəraitdə saxlanılmasının və istifadə edilməzdən əvvəl onların xarici görünüşünə, qoxusuna və yararlılıq müddətinə diqqət yetirilməsinin vacibliyi barədə məlumat verilib.

Həmçinin qida məhsullarının düzgün saxlanılmaması və sanitariya-gigiyena qaydalarının pozulmasının insan sağlamlığı üçün yarada biləcəyi risklər diqqətə çatdırılıb və qida zəhərlənmələrinin qarşısının alınması ilə bağlı tövsiyələr verilib.

Tədbir çərçivəsində sakinlərə mövzu ilə bağlı hazırlanmış maarifləndirici bukletlər paylanılıb. Bukletlərdə qida məhsullarının təhlükəsiz konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı əməl olunmalı əsas sanitariya-gigiyena qaydaları barədə ətraflı məlumatlar əks olunub.

Əhali arasında bu istiqamətdə maarifləndirmə tədbirlərinin keçirilməsində əsas məqsəd qida təhlükəsizliyi sahəsində məlumatlılığın artırılması, sağlam və təhlükəsiz qidalanma vərdişlərinin formalaşdırılması, sanitariya-gigiyena qaydalarına riayət olunmasının təşviq edilməsi və qida zəhərlənmələrinin qarşısının alınmasına nail olmaqdır.

Keçidlər