Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair maarifləndirici materiallar hazırlanaraq paylanılıb

09 oktyabr 2026 | 17:27

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamının 3.3.7.3-cü bəndinin icrası ilə əlaqədar Cəlilabad rayonunda əhali arasında sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin əhəmiyyəti barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirmə tədbiri keçirilib.

Tədbir çərçivəsində Cəlilabad şəhərində Heydər Əliyev Seyrəngahında əhali ilə maarifləndirici söhbətlər aparılıb, fiziki aktivliyin insan sağlamlığının qorunmasında, xəstəliklərin profilaktikasında və həyat keyfiyyətinin yüksəldilməsində rolu diqqətə çatdırılıb. Eyni zamanda, əhalinin müxtəlif təbəqələri, o cümlədən işləyən əhali üçün fiziki aktivliyə dair hazırlanmış maarifləndirici bukletlər paylanılıb.

Əhaliyə gündəlik həyatda müntəzəm fiziki aktivliyə vaxt ayırmağın, piyada gəzməyin və hərəkətli həyat tərzinə üstünlük verməyin sağlamlıq üçün əhəmiyyəti barədə tövsiyələr verilib.

Bu istiqamətdə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi əhali arasında sağlam həyat tərzi vərdişlərinin formalaşdırılmasına və fiziki aktivliyin təşviqinə xidmət edir.

Keçidlər