Cəlilabad rayonunda məişət tullantılarının ərazilərdən yığılması, daşınması və ekoloji tarazlığın pozulmasının qarşısının alınması barədə müşavirə keçirilmişdir
Müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, başçının müavinləri Qalib Xudaverdiyev, Nazim Şükürov, aidiyyəti təşkilatların rəhbərləri və əməkdaşları iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov Cəlilabad rayonunda məişət tullantılarının ərazilərdən yığılması, daşınması və poliqona aparılaraq zərəsizləşdirilməsi, şəhər və digər ərazilərdə abadlıq işlərinin aparılmasını qrafikli şəkildə həyata keçirmək və yaranmış nöqsanların aradan qaldırılması üçün dərhal qərarların qəbul edilməsinin vacibliyini vurğulamışdır. RİH başçısı eyni zamanda məişət tullantıları və rayonun ekoloji tarazlığının qorunması sahəsində məktəblərdə və əhali arasında maarifləndirmə işlərinin genişləndirilməsi, bu məsələlərlə bağlı tədbirlərin keçirilməsini müşavirə iştirakçılarının diqqətinə çatdıraraq öz tapşırıqlarını vermişdir.
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısının müavini Nazim Şükürov rayonda məişət tullantılarının idarə edilməsi, işıqlandırmanın aparılması, bu sahədə tədbirlərin görülməsi istiqamətində daima işlərin aparıldığını və nöqsanların aradan qaldırılmasına çalışıldığını bildirmişdir. Nazim Şükürov eyni zamanda məişət tullantılarının idarə olunmasında digər ölkələrin praktikalarından nümunələr götürülməsini müşavirə iştirakçılarına təklif etmişdir.
Cəlilabad şəhər Kommunal Müəssisələr Kombinatı və Mənzil İstismarı Sahəsinin direktorları öz çıxışlarında məişət tullantıları və onların yığılaraq daşınması sonda zərərsizləşdirilməsi ilə bağlı görülmüş işlər və mövcud olan çətinliklər barədə fikirlərini bildirmişdir.
Rayon icra hakimiyyəti baçısının Cəlilabad şəhər və Göytəpə şəhər nümayəndəlikləri tərəfindən şəhər ərazilərinin təmiz saxlanılması, tullantıların idarə olunması və işıqlandırma sahəsində mövcud olan işlərin görülməsi sahəsində Kommunal Müəssisələr Kombinatları ilə birgə fəaliyyət göstərmələri və işlərin daha da nizamlı təşkil ediləcəyinə söz vermişlər.