Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda məişət tullantılarının ərazilərdən yığılması, daşınması və ekoloji tarazlığın pozulmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir

12 aprel 2024 | 09:35

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Cəlilabad şəhər ərazisində məişət tullantılarının yığılaraq daşınması sonda zərərsizləşdirilməsi ilə bağlı şəhər ərazisində yerləşən poliqonda davamlı işlər aparılır.

Cəlilabad RİH əhalimizi ölkəmizin zəngin və həssas biomüxtəlifliyinin mühafizəsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühitin qorunması naminə görülən səylərdə fəal iştirak etməyə və ətraf mühitin çirkləndirilməməsinə daha diqqətlə yanaşılmasına çağırır.

Keçidlər