Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi işlərinin gücləndirilməsi davam etdirilir

03 iyul 2026 | 14:10

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Sərəncamın icrasından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər davamlı olaraq həyata keçirilir.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Cəlilabad rayon Kommunal Müəssisələr Kombinatı tərəfindən Cəlilabad şəhər ərazisində məişət tullantılarının mütəmadi olaraq toplanması, daşınması və zərərsizləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Məişət tullantılarının ekoloji normalara uyğun şəkildə idarə olunması məqsədilə şəhər ərazisində yerləşən tullantı poliqonunda müvafiq işlər davamlı olaraq aparılır və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Cəlilabad RİH əhalimizi ölkəmizin zəngin və həssas biomüxtəlifliyinin mühafizəsi, yaşıllıqların artırılması, bərpası və ətraf mühitin qorunması naminə görülən səylərdə fəal iştirak etməyə və ətraf mühitin çirkləndirilməməsinə daha diqqətlə yanaşılmasına çağırır.

Keçidlər