Cəlilabad rayonunda Məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğular keçirilmiş və informasiya bülletenləri əhali arasında paylanılmışdır
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 27 noyabr 2020-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın icrası istiqamətində respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayon sakinlərinin kompakt yaşayış yerlərində məqsədyönlü işlər görülür.
Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən Milli Fəaliyyət Planının 12.2.2 və 12.2.4 bəndlərinin icrasını təmin etmək məqsədilə rayonun müxtəlif ərazilərində, müxtəlif yaş qrupları arasında məişət zorakılığının yayılma səviyyəsini və onu törədən səbəblərin monitorinqi məqsədilə sorğu keçirilmiş və rayon icra hakimiyyəti tərəfindən hazırlanmış informasiya bülletenləri vətəndaşlar arasında paylanılmışdır.
Sorğuda əhalinin müxtəlif yaş qruplarından olmaqla ümumilikdə 100 nəfər iştirak etmişdir.