Cəlilabad rayonunda Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin 2025-ci il üçün müşavirəsi keçirilmişdir
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin əməkdaşları, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər idarəsinin müfəttişi, ƏƏSMN-nin Dövlət Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Filialının Təhlil və Tərəfdaşlar şöbəsinin müdiri Nahid Nağdıyev, Lənkəran-Astara Regional Məşğulluq filialının Cəlilabad xidmət şöbəsinin müdiri Sadiq Abbasov, Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov, Cəlilabad Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin əməkdaşı, Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan başçının birinci müavini Qalib Xudaverdiyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı” çərçivəsində tapşırıqların icrası istiqamətində fəaliyyətin davam etdirildiyini, qeyri-formal məşğulluq səviyyəsinin yüksək olduğu sahələr üzrə təhlillər aparıldığını, risk qruplarının müəyyən edildiyini, risk qrupları üzrə qeyri-formal məşğulluğun aşkar edilməsinə və qarşısının alınmasına dair preventiv və nəzarət tədbirlərinin keçirilməsinin vacibliyini nəzərə alaraq Cəlilabad rayon icra hakimiyyəti başçısının 29 noyabr 2021-cü il tarixli 155 nömrəli Sərəncamı ilə Məşğulluğa kömək üzrə Əlaqələndirmə Komitəsinin tərkibinin təsdiq edildiyini qeyd etmişdir.
Qalib Xudaverdiyev məşğulluğun rayon icra hakimiyyəti tərəfindən məqsədyönlü işlərin görüldüyünü, hal-hazırda Məşğulluq sahəsində 2025-ci ildə 9862 nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq alt sistemi”də işaxtaran kimi qeydiyyata alındığını, 1022 nəfər göndəriş əsasında işlə təmin ediliyini, 72 nəfər peşə hazırlığı kurslarına cəlb olunduğunu, 37 nəfərə işsizlikdən sığorta təyinatı verildiyini və 299 nəfər isə özünüməşğulluq proqramına cəlb olunduğunu qeyd etmişdir.
Müşavirədə rayon icra hakimiyyəti Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin işinin bundan sonra da səmərəli təşkil edilməsi, rayonda qeyri-formal məşğulluğun qarşısının alınması, rəsmiləşdirilməyən əmək münasibətləri və bu işdə mövcud olan problemlərin aradan qaldırılması, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı fəaliyyət və digər məsələlər müzakirə edilmişdir.






