Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib

22 iyul 2022 | 10:06
 
Tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, bir sıra təşkilat rəhbərləri, 20-dən artıq mətbuat nümayəndəsi, sayt və qəzet rəhbərləri, müxbirləri, televiziya nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən icra başçı Rafiq Cəlilov mətbuatın 147 illik keçdiyi inkişaf yolundan geniş söhbət açaraq cəmiyyətdə əvəzsiz rolundan danışıb. O, qeyd edib ki, ölkədə söz və mətbuat azadlığına, KİV-lərə ən yüksək səviyyədə diqqət və qayğı var. Prezident İlham Əliyev azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə mühüm sərəncamlar imzalayıb. 2020-ci ilin sentyabrın 27-də başladılan 44 günlük Vətən müharibəsində Azərbaycan döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanıb. Mütəmadi olaraq ölkəmizə qarşı qara kampaniya aparan dairələr bu müddət ərzində də öz çirkin əməllərindən əl çəkmədilər. Amma buna baxmayaraq, informasiya müharibəsində də üstünlük öz tarixi torpaqlarını işğaldan azad edən, haqq və ədalət uğrunda mübarizə aparan Azərbaycan tərəfində oldu. Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının təməl prinsip olaraq əksini tapması ölkədə medianın azad və güclü bir cəmiyyət institutu kimi formalaşmasına təkan verib. Sözsüz ki, bütün bu proseslərin əsas iştirakçıları, əldə olunan nəticələrin əsas səbəbkarları Azərbaycan jurnalistləridir. Başçı eyni zamanda tədbirdə iştirak edən mətbuat orqanların nümayəndələrinə rayonun ictimai-siyasi, sosial-iqtisadi, tikinti, quruculuq, kənd təsərrüfatı və digər sahələrində görülən işləri mətbuatda mütəmadi işıqlandırdıqları üçün minnətdarlığını bildirib. Daha sonra iştirakçılar Milli Mətbuat Günü ilə bağlı geniş məlumat veriblər və rayon rəhbərliyinə onlara Peşə Bayramı Günü ilə əlaqədar göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildiriblər.
Sonda rayon rəhbərliyi tərəfindən peşə bayramları müansibəti ilə mətbuat işçilərinə hədiyyələr təqdim olunub.
Keçidlər