Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsi barədə iclas keçirilmişdir

05 sentyabr 2025 | 15:44

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.3 bəndinə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Tədbirdə ümumilikdə Cəlilabad ərazisinin çox da yağıntı düşən rayon hesab edilmədiyi, buna görə əkin sahələrinin təlimatlara uyğun şəkildə düzgün suvarılmasının olduqca vacib əhəmiyyətə malik olduğu iclas iştirakçılarına bildirilmişdir. İclasda düzgün suvarılmanın məhsuldarlığı artırmaqla yanaşı, fermeri əkinlə bağlı yaranan bəzi çətinliklərdən də xilas etdiyi qeyd edilmişdir.

Eyni zamanda iclas zamanı fermerlərə müasir suvarma texnologiyalarından istifadə, həmin texnologiyalar ilə qiyabi tanışlıq və təşviqat işləri aparılmışdır.

İclasın sonunda fermerləri maraqlandıran suallar cavablanıdırlmışdır.

Keçidlər