Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda növbəti səyyar qəbul Gülməmmədli kəndində keçirilib

20 aprel 2022 | 19:36

Cəlilabad rayonunda əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşlər keçirilir, onların problemləri həll edilir.

Növbəti səyyar qəbul-görüş rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Gülməmmədli kəndində keçirilib.

Səyyar qəbulda çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bu cür görüşlərin Prezident İlham Əliyevin tapşırığı ilə mütəmadi olaraq keçirildiyini, vətəndaşların müraciətlərinə həssas münasibət göstərildiyini bildirib. Görüşdə Rafiq Cəlilov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər