Cəlilabad rayonunda payızlıq əkinlərin gedişi vəziyyəti və mövcud problemlər barədə müşavirə keçirilmişdir
07 noyabr 2024 | 18:23
Müşavirədə rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, rayon statistika idarəsinin rəisi Arif Nəcəfov, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişdir.
Müşavirəni giriş sözü ilə açan başçısının birinci müavini Qalib Xudaverdiyev Cəlilabad rayonunda payızlıq taxıl şum işlərinə başlanıldığını müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır. O, Cəlilabad rayonunda taxılçılıqın əsas təsərrüfat sahələrindən sayıldığını və fermerlərin təsərrüfatın bu sahəsinə böyük maraq göstərdiklərindən rayonda taxıl məhsullarının istehsalının ilbəil artdığını bildirmişdir.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov hazırda sahələrdə 2025-ci il üçün payızlıq taxıl əkiləcək əkin sahələrində şumun keyfiyyətli aparılması həm mütəxəssislərin, həm də fermerlərin daimi nəzarətində olduğunu qeyd etmişdir.
Cəlilabad Rayon Statistika idarəsinin rəisi Arif Nəcəfov qısa müddət ərzində Cəlilabad rayonunda 30800 hektar sahədə şum işləri aparıldığını, eyni zamanda 780 hektar sahədə arpa və 450 hektar ərazidə isə vələmir əkildiyini müşavirə iştirakçılarının nəzərinə çatdırmışdır.
Müşavirənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış və ümumi müzakirələr aparılmışdır.