Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda payızlıq kartof əkininə start verilib

20 avqust 2025 | 14:42

Cəlilabad rayonunda kənd təsərrüfatı sahəsində aparılan mövsümi işlərin davamı olaraq payızlıq kartof əkini işlərinə start verilmişdir. Əkin zamanı torpaq hazırlığının düzgün aparılması, keyfiyyətli toxum materialının seçilməsi və aqrotexniki tələblərə ciddi riayət olunması fermerlər tərəfindən əsas şərt kimi qarşıya qoyulmuşdur. Payızlıq kartof əkini torpaqdan səmərəli istifadə edilməsinə, təsərrüfatlarda məhsuldarlığın artırılmasına və bazar təlabatının ödənilməsinə mühüm töhfə verir.

Məlumat üçün bildiririk ki, bu il rayonda 3100 hektardan çox yazlıq kartof əkilib. Bu əkindən 93044 ton məhsul əldə edilib. Yığılan məhsulun 46236 ton, 2314 maşın xarici ölkə bazarlarına ixrac olunub.

Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində 590 hektar sahədə kartof əkilib. Hal-hazırda işlər davam etdirilir.

Keçidlər