Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda qanvermə aksiyası keçirilib

21 fevral 2023 | 15:25

21 fevral 2023-cü il tarixində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB),  Milli Hematologiya və Transfuziologiya Mərkəzinin, Mərkəzi Qan Bankının və Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiya hemofiliya və talassemiya irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin qan ehtiyatını artırmaq məqsədi daşıyıb. Qanvermə aksiyasına könüllü qoşulan insanlar əvvəlcə müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib. 

Aksiyada rayonun ayrı-ayrı əmək kollektivlərinin nümayəndələri, həmçinin sakinlər fəal iştirak ediblər. Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq

Keçidlər