Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda qazlaşma prosesi davam edir

06 iyul 2023 | 16:40

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanına əsasən Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Cəlilabad şəhərinin Nəsibə Zeynalova küçəsində uzunluğu 2100 metr olan qaz xəttinin çəkilməsi işləri aparılır.

Bu gün rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov aparılan qazlaşma işləri ilə tanış olub, işlərinin icrasını həyata  keçirən nümayəndələr ilə görüşmüş, görülən işlərlə bağlı müzakirələr aparmış və müvafiq tapşırıqlar vermişdir. Görülən işlərin nəticəsində istehlakçılar normativ təzyiqli, keyfiyyətli və fasiləsiz təbii qazla təmin olunacaqdır.

Keçidlər