Cəlilabad rayonunda sel və daşqın hadisələrindən mühafizə tədbirləri həyata keçirilir
13 sentyabr 2025 | 14:15
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.4.5.2 bəndinə uyğun olaraq Cəlilabad rayonunda sel və daşqın hadisələrindən mühafizə istiqamətində Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən işlər həyata keçirilmişdir.
Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi tərəfindən rayon ərazisindən keçən Mişarçay, İncəçay və Cənub Muğan kanalında lildən, kol kosdan təmizləmə və sahilbərkitmə işləri görülmüşdür.
Bundan sonra da sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin görülməsi sahəsində lazımı işlər görüləcəkdir.






