Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda şərabçılıq və üzümçülük inkişaf etdirilir

23 dekabr 2022 | 18:15

Şərabçılığın inkişafına  dair Dövlət Proqramına uyğun olaraq Cəlilabad rayonunda üzümçülük və şərabçılıq inkişaf etdirilir.  “Cəlilabad Şərab-2Açıq Səhmdar Cəmiyyəti 270 hektar üzüm bağında şardane, şiraz  və kaberne üzüm sortlarını becərir. Əldə edilmiş yüksək məhsuldarlıq nəticəsində  üzümlərdən xüsusi olaraq konyak spirti istehsal edilmişdir. Yüksək texnologiyalı avadanlıqlarla hazırlanmış konyak spirtindən innovativ texnoloji üsulları tətbiq etməklə ixracyönlü “Zodiak” və “31 dekabr” brendli konyaklar istehsal  edilmişdir.

 15 il palıd çəlləklərinda saxlanılmış “Zodiak” konyakı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş  və 35 il çəlləklərdə saxlanılmış “31 dekabr” brendli konyaklar artıq satışa çıxarılmışdır. Marketoloqlar və iş adamları tərəfindən verilən rəylərə əsasən malların yüksək keyfiyyətli olması, gözəl dizaynlı əmtəə görünüşü və geniş auditoriyaya hesablanmış əlçatan qiymətin olması bu biznesin uğurla nəticələndiyinə dəlalət edir. Eksporta yönəlik mallar  daxili bazarda da istehlakçıların zövqünü oxşamışdır. Gələcəkdə daxili bazarda şirkət marketlərinin açılışı da nəzərdə tutulub. Uğurlu biznes mövsümdə 100 nəfər, ümumilikdə isə daimi 50 nəfər iş yerinin açılmasına səbəb olmuşdur. Bu fəaliyyət üzrə çalışan işçilərin orta aylıq əmək haqqı 400-450 manat təşkil edir. Üzümçülüyün inkişafı şərabçılığın və digər sahələrin inkişafına səbəb olur və eyni zamanda şərabçılığın inkişafı üzümçülüyün inkişafının dayanıqlığına təsir edir.

Keçidlər