Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda “Səyyar Gənclər Xidməti” layihəsi təqdim edilib

06 dekabr 2024 | 12:38

Azərbaycan Respublikasının Gənclər Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Yasər Muradov, Gənclər Fondunun nümayəndəsi Yusif Vəliyev və rayon gəncləri iştirak edib.

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Cəlilabad Peşə Liseyində keçirilən tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Yasər Muradov qonaqları salamlayaraq bu səpkili tədbirlərin keçirilməsinin gənclərin dünyagürüşünün artmasında, onların müxtəlif bilik və bacarıqlara yiyələnməsində böyük əhəmiyyət daşıdığını qeyd edib.

Gənclər Fondunun nümayəndəsi Yusif Vəliyev “Səyyar Gənclər Xidməti” layihəsi haqqında məlumat verərək, bildirib ki, layihə respublikanın müxtəlif rayonlarında gənclərin gələcək həyata hazırlanması, onların yetişkin və savadlı bir Azərbaycan gənci olaraq yetişməsi istiqamətində böyük rol oynayır.

Tədbir boyu ekologiya (COP29), vətənpərvərlik, sahibkarlıq, karyera və rəqəmsal alətlərdən istifadə mövzularında peşəkar şəxslərlə, eləcə də, bir sıra tərəfdaş qurumların nümayəndələri ilə gənclərin görüşləri təşkil edilib,

Tədbir zamanı Gənclərin “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş əl işləri (süni intellekt alətləri ilə yaratdıqları təsvirlər və rəsm əsərləri), CV xidməti (gənclər üçün şəxsi anketin yaradılması xidməti) və Virtual eynək (VR box) ilə virtual səyahət təşkil edilib, müxtəlif masterklasslar təqdim olunub.

Sonra gənclər arasında müxtəlif bilik yarışmaları və əyləncəli oyunlar keçirilib.

Keçidlər