Cəlilabad rayonunda Şiləvəngə kənd sakinləri ilə növbəti səyyar qəbul-görüş keçirilib
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovun 24 fevral 2026-cı il tarixdə Şiləvəngə kənd sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri də iştirak ediblər.
Qəbul başlamazdan öncə canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Rafiq Cəlilov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir qismi qəbul zamanı operativ şəkildə həll olunub, əlavə araşdırma və tədbir görülməsi tələb edən məsələlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Qəbulda iştirak edən sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən məmnun qaldıqlarını, yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






