Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi barədə iclas keçirilmişdir

08 oktyabr 2025 | 14:36

Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.2.1.3 bəndinə “Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolunun artırılması və Sudan İstifadəedənlər Birliklərinin (SİB) fəaliyyətinin təkmilləşdirilməsi” uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  iclas keçirilmişdir.

İclasda rayon icra hakimiyyəti, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, Sudan İstifadəedənlər Birliklərinin (SİB) rəhbərləri və bələdiyyə sədrləri iştirak etmişdir.

İclası giriş sözü ilə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi açaraq ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatı sisteminin təkmilləşdirilməsi və bu sahədə bələdiyyələrin rolunun artırılması istiqamətində həyata keçirilən dövlət siyasəti barədə məlumat vermişdir.

Qeyd olunmuşdur ki, su resurslarının idarə olunmasında yerli icra orqanları və bələdiyyələrin qarşılıqlı fəaliyyəti, sudan istifadə edənlər birliklərinin institusional imkanlarının gücləndirilməsi, kənd təsərrüfatı sahəsində su təminatının yaxşılaşdırılması və əhalinin içməli suya çıxışının genişləndirilməsi əsas prioritetlərdəndir.

İclasda həmçinin mövcud problemlər və onların həlli yolları barədə fikir mübadiləsi aparılmış, bələdiyyələrin və su istifadəçiləri birliklərinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə təkliflər irəli sürülmüşdür.

Sonda müvafiq tapşırıqlar verilmiş, iştirakçılara bu sahədə maarifləndirmə və koordinasiyanın gücləndirilməsi istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanmışdır.

Keçidlər