Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda subsidiya və torpaqlara çıxarışların verilməsi mövzusunda görüş keçirilmişdir

25 avqust 2022 | 17:11

25 avqust 2022-ci il tarixdə Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxsləri ilə
görüş keçirilmişdir. Görüşdə RİH başçısı Rafiq Cəlilov, başçının birinci müavini Qalib Xudaverdiyev, Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov və digər aidiyyəti şəxslər iştirak etmişlər.

Görüş iştirakçıları  rayonda kənd təsərrüfatı sahəsində görülən işlər, əkin sahələrinə çıxarışları olmadığı üçün subsidiya ala bilməyən şəxslər və problemin həlli yolları barədə müzakirə aparmışlar.

Keçidlər