Cəlilabad rayonunda sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi
Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixli, 320 nömrəli “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncamının 9.3.4.1. bəndinə uyğun olaraq Cəlilabad rayonunda sudan səmərəli və qənaətli istifadə olunmasında istehlakçıların iştirakının təşviqi mövzusunda tədbir keçirilib. Tədbirdə içməli su təchizatı, tullantı və yağış sularının su mənbələrinin qiymətləndirilməsi, su təsərrüfatı obyektlərinin tikintisi, yenidən qurulması, bərpası, içməli su və suvarma suyu təchizatı ilə bağlı tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunub. Həmçinin istehlakçıların müvafiq sahədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə su ehtiyatlarının qorunması, səmərəli idarə olunması, qənaətli istifadəsi, mütərəqqi suvarma texnologiyalarının tətbiqi və digər məsələlər barədə geniş müzakirələr aparılıb. Bu barədə rayon sakinləri arasında məlumat xarakterli bukletlər paylanılmışdır.






