Cəlilabad rayonunda suvarma mövsümü uğurla davam etdirilir
Ölkə ərazisini su təchizatı sistemi ilə tam əhatə etmək prioritet məsələlərdən biridir.
Dünyada baş verən iqlim dəyişikliyi yağıntıların dövrülüyünü pozur və quraqlıq təhlükəsini aktuallaşdırır. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi rayon ərazisində Cənub-Muğan kanalı ilə suvarma suyunu əkin sahələrinə çatdırılması, suvarmanın ədalətli, ərazilərin ölçülərinə görə proporsional bölgüsü və növbəlik prinsipləri əsasında verilməsi məqsədilə rayon icra hakimiyyətinin başçısı Rafiq Cəlilov tərəfindən 31 mart 2023-cü il tarixli Sərancam imzalanmışdır.
Sərəncamın təsdiq edilmiş qrafikinə riayət edilməsi məqsədilə Qərargah tərəfindən Cənub-Muğan kanalının R-9 su paylayıcı məntəqəsində fermerlərlə görüş keçirilmiş, onlarla maarifləndirmə işləri aparılmışdır.
Fermerlərə eyni zamanda əkin sahələrinin vaxtında və normal suvarılması üçün artıq Cənub-Muğan kanalının 21 km məsafəsinin su ilə dolmaqda olduğunu və suvarma işlərinin aparılması üçün münbit şəraitin yaradıldığı qeyd edilmişdir.
Xüsusi qərargah əkin sahələrinin bol su ilə təmin olunması üçün fəaliyyətini davam etdirir.