Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Qadir Heydərovun adını daşıyan küçənin açılışı olub

02 noyabr 2023 | 13:58

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Heydərov Qadir Ədalət oğlunun adını daşıyan küçənin açılışı olub.

Küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Qadir Heydərov  11 may 1998-ci ildə Cəlilabad rayonun Əsədli kəndində doğulmuşdu.  O, Bakı şəhərindəki 59 saylı məktəbdə 5-ci sinfə qədər oxuduqdan sonra təhsilini Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 1 saylı tam orta məktəbdə davam etdirib və həmin məktəbi 2016-cı ildə bitirib. Qadir Heydərov 2016-cı ilin oktyabr ayında Cəlilabad rayonundan hərbi xidmətə yollanıb və 2018-ci ildə xidməti başa vuraraq evə qayıdıb.  İkinci Qarabağ savaşı başlanan gündən səfərbərliyə qoşulub ön cəbhəyə gedib. Qəhrəman döyüşçü kimi Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətlərində gedən qızğın döyüşlərdə fəal iştirak edib. 29 oktyabr  2020-ci ildə Qubadlının adsız yüksəkliklərində Vətəni uğrunda şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Qadir Heydərov ölümündən sonra  "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı , "Qubadlının azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər. 

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır,  Allahdan rəhmət diləyirik!

Keçidlər