Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda vətəndaşlara ödənişsiz hüquqi yardım xidməti göstəriləcəkdir

18 avqust 2022 | 16:12

Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinin təşkil edilməsi tövsiyyə olunmuşdur.

Sərəncamın icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq Bakı şəhəri "Universal Vəkil Bürosu”nun vəkilləri tərəfindən Cəlilabad  rayonunda  sakinlərə ödənişsiz hüquqi yardım akiyası keçiriləcəkdir.

Aksiya zamanı Bakı şəhəri “Universal Vəkil Bürosu”nun vəkilləri tərəfindən  vətəndaşlara ödənişsiz ailə məişət məsələləri, sahibkarlıqla bağlı vergi məsələləri, inzibati sahədə işlər barədə, pensiya məsələləri, cinayət və mülki işlər, həmçinin kommersiya işləri üzrə hüquqi yardım göstəriləcəkdir.

Maraqlanan sakinlər 24 avqust  2022-ci il tarixdə saat 11:00-dan 16:00-dək  Cəlilabad  şəhər Heydər Əliyev Mərkəzinə gələrək hüquqi xidmətdən yararlana bilərlər.

Keçidlər