Cəlilabad rayonunda xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin (“Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi”) icrası məqsədi ilə tədbir keçirilib.
Cəlilabad Rayon İcra Hakimiyyətinin və rayon mərkəzi xəstəxanasının təşkilatçılığı ilə “Uşaqların sağlam qidalanması və sağlam yaşaması” mövzusunda məktəbəqədər təhsil müəssisələrində uşaqlarla, məktəblərdə şagirdlərlə və tibb müəssisələrində bir qrup həkim və orta tibb heyəti tərəfindən sağlam qidalanmanın təmin edilməsi istiqamətində tabeli məntəqələrdə hamilə qadınlarla görüşlər keçirilərək, onlarla maarifləndirici tibbi söhbətlər aparılmış və tibbi məsləhətlər verilmişdir.
Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrları və müəllimlər tərəfindən iştirakçılara balanslaşdırılmış qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyəti haqqında məlumat verilib. Görüşlərdə valideynlər tərəfindən uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin aşılanmasının vacibliyini diqqətə çatdırılıb. Uşaqların sağlam bədənləri, zehni inkişafı və məktəb uğuru üçün düzgün qidalanmasının zəruri olduğu bildirilib.