Cəlilabad rayonunda "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Respublikamızın hər yerində olduğu kimi, Cəlilabad rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbirlər davam edir.
18 oktyabr 2024-cü il tarixində Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Ələt-Astara magistral avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.
“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10000 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.