Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda yollar qardan təmizlənir

24 yanvar 2024 | 15:57

Axşam saatlarından başlayaraq yağan güclü qarın yollarda yarada biləcəyi çətinlikləri aradan qaldırmaq və hərəkəti təmin etmək məqsədilə Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən gecə saatlarından başlayaraq yolların qardan təmizlənməsi tədbirləri görülür.

Rayon Fövqəladə Hallar Komissiyasının rəhbərliyi ilə aidiyyəti idarə, müəssisə və təşkilatların texnikaları və canlı qüvvələri bu işlərə cəlb olunaraq mərkəzi magistrallarda, kəndlərarası yollarda, şəhərin küçələrində və piyada səkilərində qarın təmizlənməsini davam etdirirlər.

Əhalinin fasiləsiz elektrik enerjisi, internet və təbii qazla təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür. Hazırda bəzi ərazilərdə elektrik və rabitə xətlərində müəyyən qəzalar baş vermişdir. Baş vermiş qəzaların tez bir zamanda aradan qaldırılması üçün Bakı şəhərindən rayona teknika və canlı qüvvələr cəlb olunub.

Keçidlər