Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad rayonunda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

07 noyabr 2022 | 12:25

Cəlilabad rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər davam etməkdədir. Tədbirlərin davamı olaraq Cəlilabad rayonu Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. Ağacların əkilməsi üçün nəzərdə tutulan ərazi əkin üçün hazır vəziyyətə gətirilib. Əraziyə 300 Eldar şamı ağacı əkilib. Əkilən ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

Ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər