Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən “Paşatəpə” abidəsinin ərazisində mühafizə zolağı çəkilmişdir.
Cəlilabad rayonunun Cəfərxanlı kəndində Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, dosent Vəfa Mahmudovanın rəhbərliyi ilə “Paşatəpə” abidəsində qazıntı işləri davam etdirilir. Neolit dövrünə aid olan bu qədim yaşayış məskənində son günlərdə tarixi əhəmiyyət kəsb edən nadir tapıntılar tapılmışdır.
Bu günlərdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov “Paşatəpə” abidəsində aparılan arxeoloji qazıntı işləri ilə tanış olmuşdur. Nümayəndə heyəti ilə görüşən Rayon İcra Hakimiyyətinin başçısı, qazıntı ilə bağlı arxeoloqların təəssüratlarını öyrənib, onlara mənəvi dəstək vermişdir.
“Paşatəpə” qədim yaşayış məskənində aparılan arxeoloji qazıntıları müşahidə edən rayon rəhbəri abidənin Azərbaycan tarixi üçün verəbiləcəyi böyük əhəmiyyəti dəyərləndirərək abidənin mühafizəsinin gücləndirilməsi məqsədilə ətrafının hasarlanmasına göstəriş vermişdir.
Cəlilabad rayon icra hakimiyyətinin dəstəyi ilə “Paşatəpə” tarixi abidənin qorunması məqsədilə ətrafına 270 metr metal-tor və tikanlı məftillərlə mühafizə zolağı çəkilmişdir.