Cəlilabad rayonunun idarə, müəssisə və təşkilatlarında fiziki aktivlik proqramları mütəmadi həyata keçirilir
Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman sektorunun və rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə rayonda idarə, müəssisə və təşkilatlarda gündəlik fiziki aktivlik proqramları həyata keçirilir.
“Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”nın 9.2.1-ci bəndinin icrası çərçivəsində həyata keçirilən tədbirlərin məqsədi iş yerləri üçün fiziki aktivlik proqramlarını, işçilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir.
Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası gün ərzində iki dəfə aerobika və əzələlərin möhkəmləndirilməsi üzərində qurulur.
Fiziki aktivlik proqramlarının tətbiqinin nəticələrinə dair rayonun iş yerlərinin rəhbər vəzifəli şəxsləri ilə söhbətlər zamanı məlum olub ki, sözügedən proqramın uğurla icrası işçilərin əhval-ruhiyyəsinə müsbət təsir etməklə onlarda komandada işləmək vərdişlərini daha da möhkəmləndirir, habelə gündəlik işin keyfiyyətini yüksəldir.
Rayonun iş yerləri üçün fiziki aktivlik proqramlarının icrası davam etdiriləcəkdir.