Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin açılış mərasimi keçirilib

15 sentyabr 2022 | 15:23

Sentyabrın 15-də yeni inşa edilmiş Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbin  açılış mərasimi keçirilib.

Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Elm və Təhsil nazirinin müavini Tural Ayvazlı, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov  iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Həmçinin iştirakçılar Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəbdə təhsil almış Vətən müharibəsi şəhidi Famil Ağaşovun adına inşa edilmiş bulaq kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.

İlk dərs günü Dövlət himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müşaviri Tural Ayvazlı tədbir iştirakçılarına təbriklərini çatdıraraq, təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, son illər yenilənən məktəb infrastrukturundan danışıb.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik edib və məktəb kollektivinə uğurlar arzulayıb. Rafiq Cəlilov ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə və 13-ü səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə laiqli cavab verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.  

Daha sonra tədbir iştirakçıları yeni tikilmiş məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Bildirilib ki, sözügedən məktəb 624 şagird yerlikdir. Yeni tikilən məktəbdə 27 sinif otağı ilə yanaşı fənn kabinetləri, informatika kabinetləri, laboratoriyalar, qızlar və oğlanlar üçün ayrı-ayrı emalatxanalar və digər yardımçı otaqlar var. Bundan əlavə, idman zalı, yeməkxana da fəaliyyət göstərir.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər