Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhəri Əhmədiyyə Cəbrayılov küçəsində asfaltlaşma işləri aparılır

05 yanvar 2024 | 12:17

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan abadlıq-yenidənqurma işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisində Əhmədiyyə Cəbrayılov küçəsində görülən asfaltlanma işləri ilə tanış olmuşdur. 

Görülən işlərə baxış keçirən rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

Sakinlər görülən işlər və əhaliyə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər