Şriftin ölçüsü :

Saytın rəngi :

Cəlilabad şəhəri ərazisində abadlıq-yenidənqurma işləri davam edir

27 dekabr 2023 | 17:22

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov rayonda aparılan abadlıq-yenidənqurma işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhər ərazisində Maarif Səfərov küçəsi 470 metr, Məhəmməd Fizuli küçəsi 460 metr, Mehdi Hüseyn küçəsi 150 metr və Məşədi Məhəmməd küçəsinin 430 metr hissəsində görülən asfaltlanma işləri və Cümə məscidinin həyətyanı hissəsində aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. 

Görülən işlərə baxış keçirən rayon rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə aidiyyəti üzrə əlaqədar şəxslərə bir sıra tapşırıq və göstərişlərini vermişdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Keçidlər